Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçiriləcək.
Azərbaycanın kişilərdən ibarət yığması Çexiya, qadın millisi isə Latviya ilə üz-üzə gələcək. Artıq komandaların heyətləri də məlumdur:
43-cü Ümumdünya Şahmat Olimpiadası, VI tur
Kişilər
Azərbaycan – Çexiya
Şəhriyar Məmmədyarov – David Navara
Teymur Rəcəbov – Viktor Lazniçka
Arkadi Naydiç – Zbinek Qraçek
Rauf Məmmədov – İrji Stoçek
Məmmədyarovla Naydiç ağ, Rəcəbovla Məmmədov qara fiqurlarla çıxış edəcək.
Qadınlar
Azərbaycan – Latviya
Günay Məmmədzadə – Laura Roqule
Xanım Balacayeva – İlze Berzina
Gülnar Məmmədova – Linda Krumina
Ülviyyə Fətəliyeva – Elizabete Limanovska
Məmmədzadə və Məmmədova ağ, Balacayeva və Fətəliyeva qara fiqurlarla oynayacaq.
Görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Beş turdan sonra Azərbaycanın kişilərdən ibarət yığması 10 xalla 1-ci, qadın millisi 8 xalla 8-ci pillədə qərarlaşıb.