XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2018 - 20:16

Şəhriyar Məmmədyarov erməni şahmatçıya belə qalib gəldi –(Video)

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının 5-ci turunda kişilərdən ibarət Azərbaycan milli komandası Ermənistan komandası ilə qarşılaşmasının görüntüləri yayılıb. Sosial şəbəkədə yerləşdirilən videoda Şəhriyar Məmmədyarovun və Teymur Rəcəbovun rəqibini yendiyi məqamları əks olunub.

Xatırladaq ki, komandalar aşağıdakı şəkildə üz-üzə gəliblər. Oyunun yekununda komandamız 2.5 – 1.5 hesabı ilə qalib gəliblər.
Şəhriyar Məmmədyarov – Levon Aronyan 1-0
Teymur Rəcəbov – Qabriel Sarkisyan  1-0
Arkadi Naydiç – Qrant Melkumyan 0-1
Rauf Məmmədov – Xaik Martirosyan 0.5-0.5

Məlumat üçün qeyd edək ki, Dövlət Neft Şirkətinin (SOCAR) sponsoru olduğu olimpiadada 185 ölkədən 4 minə yaxın şahmatçı və nümayəndə heyəti iştirak edir. Azərbaycanı yarışda kişi və qadınlardan ibarət iki komanda təmsil edir. Qədir Hüseynovun rəhbərlik etdiyi kişilərdən ibarət komandada ölkəmizin idman şərəfini Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naidiç, Rauf Məmmədov və Eltac Səfərəli qoruyur. Qadınlardan ibarət komandada isə Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, Xanım Balabəyova, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva mübarizə aparır. Komandanın məşqçisi Fikrət Sideyifzadədir.

Strateq.az