XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2018 - 22:40

Ermənistan prezidenti:"Qarabağ münaqişəsi tərəflərin qarşıdurmasından kənara çıxa bilər"

Ermənistan və Azərbaycan səy göstərməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə düzgün yanaşma – danışıqlar, nəinki qüvvədə qalsın, həm də real nəticəyə gətirib çıxarsın. Bunu Gürcüstanın “Starvision” telekanalına müsahibəsində Ermənistanın prezidenti Armen Sarkisyan deyib.

Sarkisyanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Ermənistanla Azərbaycanın qarşıdurması çərçivəsindən kənara çıxa bilər:

“Cənubi Qafqazda xeyli silah toplanıb. Qarabağ mövzusu yalnız Ermənsitan və Azərbaycan üçün deyil, həm də bütün region üçün vacibdir. Bu problemion həlli nəzəri olaraq müxtəlif yollarla ola bilər. Lakin mənə belə gəlir ki, yalnız bir yol realdır”.

Ermənistan prezidentinin sözlərinə əsasən, söhbət danışıqlar yolundan gedir.

Virtualaz.org