Türkiyə ordusu PKK-nın Suriya və İraqdakı hərbi qanadı olan YPG/PYD bazalarını “Fırtına” toplarıyla vurmağa başlayıb.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 17.45-də başlanan ağır toplarla vuruşlar bu dəqiqələrə qədər davam edir. PYD-nin Azez şəhərini ələ keçirməsinə qarşı düzənlənən bu top atəşləri az sonra bölgədə PYD-nin bütün bazalarını əhatə etməyə başlayıb.
Türk qaynaqları bildirir ki, bu hücumlar hələki bu qaydada davam edəcək:
“Məqsəd Türkiyə sərhədlərinə yaxınlaşmaqda olan PYD-nin uzaqlaşdırılması, eyni zamanda, bir yandan Əsəd, bir yandan da PKK-çıların Hələbdəki müxalif qrupları mühasirəyə alaraq, onları Türkiyə ilə qurudan birləşdirilən yeganə dəhlizini kəsməsinin qarşısını almaqdır”.
Məlumatda o da qeyd olunur ki, bu gün Ərzurumda çıxış edən baş nazir Əhməd Davudoğlu da Hələbi əlində saxlayan Azad Suriya Ordusunu sonadək müdafiə edəcəklərini bildirib.