XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 21:33

Putin Suriyada istədiyinə necə nail olur?

putin elita02BBC-nin hərbi icmalçısı Jonathan Marcus yazır ki, Qərblə bütün siyasi-diplomatik qarşıdurmalara baxmayaraq, Vladimir Putin daim bəyan edib ki, Suriya məsələsində Qərblə Moskvanın ortaq mövqeləri var.

Hələ bir həftə əvvəl Rusiyanı Suriya münaqişəsinin diplomatik yollarla həllində mümkün həmfikir, mühüm söz sahibi hesab edirdilər. Bu yanaşmanın Suriya ordusunun və onun müttəfiqlərinin Hələb üzərinə hücumundan sonra da dəyişməz qalacağını indidən söyləmək çətindir.

Çünki məhz Rusiya aviasiyası qədər Suriya hökumətinin taleyini dəyişmiş ikinci bir faktor olmayıb.

Beynəlxalq danışıqlarla eyni vaxta təsadüf edən Hələb hücumu, bu danışıqları onlar hələ başlamadan zəhərləyib.

Rusiya realpolitikası

suriya-putin-1.jpg

Görəsən, elə bir an gələcəkmi ki, Qərbin gözləri açılacaq və o, Rusiyanın əsl niyyətlərini başa düşəcək?

Burada söhbət mənəviyyatdan getmir – bu, hər iki tərəfdə çatışmır.

Suriya mürəkkəb məsələdir. Orada müharibənin davam etməsində konkret olaraq kimisə ittiham etmək mümkün deyil.

Burada söhbət realpolitikadan, yəni real siyasətdən gedir və bu mənada Rusiya Qərbə məqsədlərə nail olmağın dərsini verib.

Qərb güman edir ki, Suriya münaqişəsi hərbi yolla çözülə bilməz, lakin Moskva bunun tamamilə əksini sübut edir.

O elə bir tərəfi seçib ki, bu tərəf məğlub olsaydı, hər şeyi itirəcəkdi. Hərçənd bu tərəfin artıq Hizbullah və İranda hazırlanmış silahlı qruplaşmalar şəklində müttəfiqləri vardı.

Rusiya qarşısına tamamilə əlçatan bir məqsəd qoyub. Bu, Suriya hökumətini dəstəkləmək və ölkənin böyük hissəsini onun nəzarətində saxlamaqdır.

Bu məqsədə gedən yolda Rusiya öz aviasiyasını Türkiyə tərəfindən dəstəklənən üsyançılara qarşı göndərir. Bu həm də Körfəz ölkələrinin və Qərbin əleyhinə getmək deməkdir. Rusiya hələlik qalib gəlir.

Bu, Qərbin qarışıq və hər addımda ziddiyyətlər və qeyri müəyyənliklər yaradan möcqeyi ilə tam bir ziddiyyət təşkil edir.

Qərb, belə demək mümkündürsə, mötədil üsyançıları dəstəkləyir. Yaxşı bu mötədillər kimdir?

Onların çoxu özləri də istəmədən əl-Qaedaya bağlı qruplaşmalarala ittifaqa giriblər.

Bəli, indi Waşinqton və əl-Qaeda cəbhənin eyni səngərindədirlər. Bu ziddiyyət nömrə 1-dir.

Əlbəttə, hazırda Qərb özünü İslam Dövləti adlandıran təşkilatdan daha çox qayğılanır. Lakin onun bu qayğısını müttəfiqləri Türkiyə və Səudiyyə də bölüşürlərmi?

Xeyr, onların ilkin məqsədi Suriyada öz mövqelərini möhkəmlətməkdir. İdeal vəziyyətdə bu, Əsədin devrilməsi olardı.

İD onların da düşmənidir, lakin onu ikinci dərəcəli düşmən adlandırmaq olar. Bu isə ziddiyyət nömrə 2-dir.

Bir də kürd məsələsi var. Döyüş meydanında kürdlər Qərbin ən səmərəli müttəfiqi olaraq qalırlar.

Lakin türklər kürdlərdə təhlükə görürlər və hər bir yaranan kürd muxtariyyəti onlar üçün dəhşətdir. Onlar belə halların qarşısının alınması üçün hər şeyi etməyə çalışırlar. Bu da ziddiyyət nömrə 3.

Bu ziddiyyətlərlə müqayisə etdikdə, Putin tamamilə asudədir.

Çox vaxt deyirlər ki, Vladimir Putinin üstün cəhəti onun ictimai rəydən narahat olmamasıdır.

Buna görə də Misir üzərində Rusiya sərnişin təyyarəsinin məhvi Rusiyada etiraz dalğaları yaratmadı, halbuki Qərbdə bunun tamamilə əksi baş verə bilərdi.

Amma gəlin məntiqlə düşünək. Qərbin siyasəti ictimai rəyi əks etdirirmi? Halbuki cəmiyyət onun siyasətini təmsil edənlərdən heç də az narahat deyil.

Putin isə Suriyada qoyduğu məqsədlərə, sadəcə nail olmaqla kifayətlənmir, o, Suriyanı iki anklava bölmək istiqamətində hərəkət edir. Onun mümkün uğuru Suriyanın iki anklava bölünməsi təhlükəsi yaradır: Suriya hökumətinin hegemon olduğu sahil anklavı və İŞİD-in nəzarətində olan bütün qalan ərazilər.

Putin at səyirdir. Hələ nə qədər?

Elə isə Qərb nə etməlidir? Putin Rusiyanın hesablaşmalı bir qüvvə olduğunu nümayiş etdirdiyi bir vaxtda Amerikada tərəddüd və fikir ixtilafı yaşanırdı.

Putin isbat etdi ki, Rusiya kiçik də olsa, əhəmiyyətli hərbi gücə malikdir. O Rusiyanın yeni silahlarını sınaqdan çıxartdı.

Odur ki, hazırda Putinin müəyyən mənada qalib gəldiyini söyləmək olar.

İndi əsas məsələ bunun nə qədər davam edəcəyidir. Rusiyanın öz vəziyyəti kifayət qədər kövrəkdir. Üstəlik də neft qiymətlərinin aşağı olması şəraitində Rusiya prezidentinin hələ nə müddətdə özünü sovet vaxtlarında olduğu kimi apara biləcəyi bəlli deyil.

Bu da deyilməlidir ki, Suriyada sülh prosesi məsələsində ilyuziyalara qapılmaq olmaz. Orada sülh prosesi ölü doğulmuş uşaqdır.

Suriyada hərbi əməliyyatlar davam edəcək və mötədil adlandırılan qruplaşmalar İŞİD və hökumət qüvvələri arasında sıxılmış vəziyyətdə qalacaqlar.

Kürd məsələsi vaxtaşırı özü büruzə verəcək. Avropaya qaçqın axını da dayanmayacaq.

Bütün bunlara yekun olaraq deyə bilərik ki, Putin nə istədiyini yaxşı bilir və hələki məqsədlərinə nail olur.