XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2018 - 10:28

Gürcüstandakı Azərbaycan məktəbləri ilə bağlı şok statistika:Məktəblər bağlanır, şagirdlər azalır, dərsləri təqaüdçü müəllimlər keçir

Təhsil eksperti Kamran Əsədov  Gürcüstanda yaşayan soydaşlarımızın təhsil aldığı milli məktəblər və orada çalışan müəllimlərin sayı ilə bağlı maraqlı statistika açıqlayıb. 

Strateq.az xəbər verir ki, təqdim olunan statistikada son 30 ildə həm məktəblərin, həm də, müəllimlərin sayında kəskin azalma var. Belə ki;

1. – 1989-cu il – 183 məktəb.
2. – 1999-cu il – 167 məktəb.
3. – 2009-cu il – 124 məktəb.
4. – 2014-ci il -117 məktəb.
5. – 2018-ci il – 80 məktəb

Gürcüstandakı milli məktəblərdə çalışan müəllim soydaşlarımızın sayı:
1989-cu il – 6922 nəfər. 
1999-cu il – 4481 nəfər.
2009-cu il – 3777 nəfər.
2018-ci il – 3628 nəfər.

Kamran Əsədov qeyd edib ki, hazırda çalışan müəllimlərin 80 faizi təqaüdçüdür. Ekspert məktəblərdə ciddi kadr çatışmazılığının olduğunu vurğulayıb.