XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

01 Oktyabr 2018 - 12:49

Tramp:"Kim Çen In bir-birimizə aşiq olmuşuq"

Prezident Donald Tramp seçiciləri qarşısında çıxışında deyib ki, vaxtilə Şimali Koreya lideri Kim Çen Inla sərt danışıb, amma sonradan bir-birinə aşiq olublar. Bu haqda “The Associated Press” agentliyi yazır.

Tramp şənbə günü Qərbi Virciniyada çıxış edib: “O mənə gözəl məktublar yazıb, əla məktublardır. Bir-birini sevdik”.

O, zarafatla əlavə edib ki, xəbər mediası bu dediyini prezidentə yaraşmayan şərh adlandıracaq, Şimali Koreya lideri barədə belə pozitiv danışdığına görə onu tənqid edəcək.

“Prezident Tramp niyə bu qədər güzəştə gedib?” – Tramp xəbər aparıcısı səsilə deyib. “Heç nədən imtina etməmişəm”, – o, sözlərinə əlavə edib.

Trampın deməsinə görə, Kim iyunda Sinqapurdakı görüşdən sonra ikinci görüşdə maraqlıdır. Tramp həmin görüşü Şimali Koreyanın nüvəsizləşdirilməsinə doğru böyük addım adlandırsa da, nüvəsizləşdirmə üzrə danışıqları o vaxtdan dayanıb.

Şimali Koreyanın baş diplomatı Ri Yong Ho ötən şənbə günü BMT Baş Məclisində bildirib ki, ölkəsinin tərksilahla bağlı atdığı addımlara ABŞ-dan “uyğun reaksiya” görmürlər.

Tramp isə çıxışında daha nikbin görünüb. “Şimali Koreyayla böyük işlər görürük. Şimali Koreya ilə müharibə edəcəkdik, milyonlarla adam öldürüləcəkdi. İndi isə belə yaxşı münasibət yaranıb”, – o vurğulayıb.

(Azadlıq radiosu)