Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri, Türkiyənin məşhur “Star” qəzetinin köşə yazarlarından Səadət Oruc Etimad İsmayılovun qətlindən yazıb. Strateq.az xəbər verir ki, “Star” qəzetində yazdığı yazıda Səadət Oruc Sevil Nuriyevaya ithafən belə yazıb:
“Sevil Nuriyeva, azərbaycanlı, amma Türkiyə, Türk dünyası aşiqi olan bir jurnalistdir… Mənim də çox yaxın dostum, rəfiqəmdir. Geridə qoyduğumuz həftə dəyərli həyat yoldaşı Etimad İsmayılov xain bir hücum zamanı qətl edildi.
Sevilə başsağlığı və səbr, dəyərli həyat yoldaşına rəhmət diləyirəm. Geridə isə dörd yaşında balası İlyas, rəfiqəm Sevilin ali bir şəkildə yaşadığı kədəri və aydınlığa qovuşdurulmağı gözləyən alçaq və şərəfsiz bir hücüm qaldı.
Bir xain hücumdan dərhal sonra, hələ ifadələr alınmadan “Hadisə aydınlığa qovuşdu” başlıqlarının atılması, beyinlərdəki müəmmaları ortadan qaldıra bilməz. Hadisənin təqibçisiyik.”
Strateq.az