XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2018 - 18:20

Prezident Kürdəmirdə yol tikintisinə 10 milyon manat ayırdı –SƏRƏNCAM

 

 Prezident İlham Əliyev oktyabrın 1-də “Kürdəmir rayonunun Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (184 km)–Pirili–Muradxan–Sor Sor avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (184 km)–Pirili–Muradxan–Sor Sor avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.