XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2018 - 10:42

Fazil Mustafa:"Universitetlərin çoxunu birləşdirmək lazımdır"

Millət vəkili Fazil Mustafa Azərbaycanda ali məktəblərin sayının azaldılmasını təklif edib.

O bu təkliflə parlamentin dünənki iclasında çıxış edib. Deputat qeyd edib ki, universitetlərin çoxunu birləşdirmək lazımdır:

“Azərbaycanda bu qədər ali məktəbə, universitetə nə ehtiyac var? Onların çoxunu birləşdirmək lazımdır. Əgər bu ali məktəblər, sadəcə diplom almaq, diplom vermək üçün olacaqsa, o zaman nə təhsildən, nə də savaddan danışmağa dəyər. Bunlara son qoyulmalıdır”.