XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

02 Oktyabr 2018 - 10:50

Pentaqondan İranın Suriyanı raketlə vurmasına reaksiya:"Bu, bölgədə gərginliyi artırır”

ABŞ Müdafiə Nazirliyi İranın Fəratın sağ sahilinə endirdiyi raket zərbələrini pisləyib.

Pentaqon sözcülərindən Sin Robertson bu hücumdan qabaq heç bir ölkənin xəbərdar olunmadığını vurğulayıb:

“Koalisiyamızın heç bir üzvünə zərər vurulmasa da, bu, bölgədə İŞİD-lə mübarizə aparan ölkələrə ciddi təhlükədir. Koordinasiyasız hava hücumu etmək sivil və hərbi qanunlara ziddir.

Koalisiya İŞİD-in Fərat sahilində qalan qüvvələrini məğlub etmək gücündədir. İranın bu bölgədəki hərəkətləri məsuliyyətsiz, güvənsiz və gərginlik artırandır”.

Teleqraf.com