XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2018 - 16:56

ABŞ SƏFİRİ VAŞİNQTONUN SURİYADAKI ƏSL NİYYƏTİNİ AÇIQLADI:muxtar kürd dövlət qurumunun yaradılması və İranda rejim dəyişikliyi...

 

Sərdar Turqut

“Habertürk”ün Vaşinqton təmsilçisi, 02 oktyabr 2018-ci il

 

İlk öncə prezident Donald Tramp “əsgərlərimizi Suriyadan sürətlə çəkəcəyik” dedi. Bir müddət bu mövzuda hər adamdan fərqli bir səs çıxdı. Ən sonda milli təhlükəsizlik müşaviri Con Bolton “İran milisləri Suriyadan tamamən təmizlənənədək əsgərlərimiz orada qalacaq” dedi. Və işlər tam qarışdı. Konqresdən “Bəs nə oldu, siz orada əsgəri İŞİD-lə mübarizə üçün saxlayırdınız?” sualı ilə səslər yüksəlməyə başladı. “Bu İranla mübarizə hardan çıxdı?” deyərək, danışan Konqres üzvləri də var.

 

Cefrinin də işi çətindir

 

ABŞ-ın Suriyadakı xüsusi təmsilçisi Ceymis Cefri isə əsas məqsədlərinin İŞİD-lə mübarizə olduğunu söylədi. Eyni zamanda Con Boltona qarşı da getmək istəmədiyini əlavə edərək, Suriyada siyasi sabitliyin təmin edilməsi üçün İranın təsirilə qəti mübarizə etməyin lazım olduğunu anlatdı. Bu nöqtədə Boltonla anlaşırlar.

Cefri, “Əsəd başda olduğu müddətdə Suriyada siyasi sabitlik təmin oluna bilərmi?” sualına isə bir az düşündükdən sonra “ABŞ rejim dəyişikliyilə əlaqəli deyil, biz sabitlik üçün çalışırıq” cavabını verdi. İranda rejim dəyişikliyi üçün açıqca çalışmaqda olan bir iqtidarın təmsilçisinin bu sözləri jurnalistlər arasında doğru hesab edilmədi.

 

Bunların hamısı bəhanədir

 

Bu, iqtidarın “nə olursa olsun, Əsəd hakimiyyətdən gedəcək” fikrini açıqca söyləməmək üçün tapılmış bir bəhanə əsası olaraq qəbul edilir. Vaşinqtonda Suriya ilə əlaqədar bütün bu işlər gedərkən, iqtidardan olan bir şəxs belə Fəratın şərqi, yəni həqiqətlər haqqında danışmır.

 

Əsl həqiqət

Əslində mənim müşahidə etdiyim budur ki, bütün bu söz qarma-qarışıqlığının altında yatan səbəb amerikalıların Fəratın şərqi ilə bağlı planlarını açıqca söyləmək istəməmələridir. Ancaq üstünü nə qədər örtməyə çalışsalar da ortada bir həqiqət də var. Prezident Ərdoğanın Nyu-Yorkda söylədiyi kimi, ABŞ bugünədək 18 min TIR və 2 min yük təyyarəsilə YPG-yə silah yolladı. Ayrıca, ABŞ-ın bölgədə 20-dən artıq (22 – tərc.) bazası da var.

Bu silahlar nə üçün və kimə qarşı göndərilir? Bu sualın cavabını iqtidardan kimsə verə bilmir. Konqres soruşduqda isə “İŞİD-lə mübarizə üçün” deyilir və ya İran bəhanəsi ortaya atılır. Veriləcək reaksiyadan qorxulduğu üçün kimsə “Gələcəkdə qurulması planlaşdırılan kürd (dövlət – tərc.) qurumunun hərbi təməli yaradılır” da deyə bilmir.

Yalnız Türkiyə və prezident Ərdoğan təhlükəni görür və hər platformada bunu anladır. Məsələ Nyu-Yorkda açılarkən Ərdoğan Türkiyənin buna icazə verməyəcəyini də açıqladı.

 

Rusiya-ABŞ dialoqu

 

Cefrinin Əsədlə bağlı dediyi söz hadisələrin başqa istiqamətdə inkişaf etmə ehtimalına da işarə edir. Rusiya, Əsədlə anlaşılaraq və ölkənin bütövlüyü pozulmadan bir kürd təşkilatının  qurulmasını istəyir. YPG rəhbərlərinin Əsədlə görüşündən öncə dövrəyə girən ABŞ-ın İŞİD-lə mübarizə üzrə koordinatoru Brett Makqörk təşkilatı bu məsələdə Əsədlə anlaşmağa təşviq etdi. Yəni nəticədə Rusiya ilə ABŞ Suriyanın bütövlüyü pozulmadan bir muxtar kürd bölgəsinin yaradılması üzərində anlaşa bilər.

ABŞ qaynaqları bir müddətdir ki, bu modelin “Qamışlı modeli” olaraq adlandırıla biləcəyini söyləməyə başlayıblar. Bu modelə görə, kürd qurumunun Suriya bayrağı daşıması və sərhədlərinin Suriya tərəfindən qorunması nəzərdə tutulur. Əvəzində Suriya mərkəzi hökumətinin hərbçiləri qurum daxilinə girməyəcək və muxtariyyət imtiyazını təmin edəcəklər.