Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 1-də “Respublika” partiyasının parlamentdəki fraksiyasının lideri Vaqram Bağdasaryanla vaxtından əvvəl paqrlament seçkisini müzakirə edib.
Strateq.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb. Paşinyan görüşdən sonra deyib ki, hələlik “Respublika” partiyasının seçkiyə razılığını ala bilməyib:
“Respublikaçılar açıq şəkildə deyirlər ki, parlament seçkisi 2020-ci ildə keçirilməlidir. Mənsə hesab edirəm ki, bu konstruktiv mövqe deyil. Çünki siyasi proseslər sonda göstərdi ki, vaxtından əvvəl seçki bu gün Ermənistan vətəndaşlarının qarşısında duran bir nömrəli məsələdir. Deməli, bu məsələ həll olunmaynca, ölkdəki digər məsələlərdən heç biri həll olunmayacaq. Və əgər hansısa bir siyasi qüvvə bu prosesə qarşı çıxsa, deməli istəyir ki, xalq hələ gözləmə mövqeində qalsın. Ama bu düzgün yanaşma deyil”, Paşinyan deyib.
Vaqram Bağdasaryan deyir ki, o 49 respublikaçının adından söhbət aparıb. O ki, qaldı “Respublika” partiyasının vaxtından əvvəl seçkilərə nəyə görə razılıq verməməsilə bağlı suala, Bağdasaryan deyib ki, danışıqlar hələ davam etdirilir.
Qeyd edək ki, keçmiş hakim ”Respublika” partiyasına Paşinyanın təşkil etdiyi etirazlarla hakimiyyətədn kənarlaşdırılan Serj Sarkisyan rəhbərlik edir.
Baş nazir Nikol Paşinyan oktyabrın 1-də vaxtındanəvvəl seçki ilə bağlı parlamentəki fraksiyalarla danışıqlara başladığını bəyan edib. O hesab edir ki, son aylar ölkədə baş verən proseslər, parlamentdə ümidsiz vəziyyət yarandığını göstərir.