Ermənistanın baş naziri Nikol Paşinyan istefa şərtini açıqlayıb.
“RİA Novosti”nin xəbərinə görə, Paşinyan daha sonra bildirib ki, nazirlər və qubernatorların işdən azad olunma haqqında qərar de-yure qüvvəyə mindikdə, o, istefaya gedəcək: “Ancaq baş nazir vəzifəsini icra edəcəyəm”.
Baş nazir həmçinin bildirib ki, parlament yeni baş naziri seçməsə, növbədənkənar parlament seçkiləri təyin olunacaq.
Ermənistan parlamenti “Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişlər edilməsi barədə qalmaqallı qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Qeyd edək ki, qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda (məsələn, Milli Məclisin fəaliyyəti dayandırıldıqda) parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur.