XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

14 Fevral 2016 - 13:45

Sensasion məhkəmə:Komitə sədri icra başçısına müavin təyin etdirmək üçün 170 min dollar alıb?

memurlar-loqoAzərbaycanda böyük səs-küy yaradacaq çox ilginc məhkəmə işi başlayır. 

Bu barədə məlumatı tanınmış vəkil Adəm Məmmədov verib. Vəkil bildirib ki, icra başçısının müavini olmaq istəyən şəxsi aldadıb 170 min dollarını alıblar.

“Bu gün (dünən-red.) çox səs-küyə səbəb olan bir işlə bağlı müqavilə bağladım. Hüquqlarını müdafiə etdiyim şəxsi icra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə 170 min ABS dollarını aldadıb, ələ keçirən şəxsin birbaşa Komitə sədri olması, çox təəccübə səbəb oldu. Həmin Komitə sədri xanımdır. Komitənin aparat rəhbəri isə bu yaxınlarda göstərilən səbəblərdən Azərbaycandan qaçmışdır”,-deyə vəkil Adəm Məmmədov bildirib.

Lakin vəkil konkret ad çəkməyib və hələlik söhbətin kimlərdən getdiyini açıqlamayıb(modern.az).