XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 Oktyabr 2018 - 16:46

Peskov:"Şübhə etmirik ki, Azərbaycanla, bundan sonrakı tariximiz də ortaq olacaq”

“Rusiya və Azərbaycan prezidentlərinin görüşlərinin yekunları olduqca müsbətdir”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimada əsaslanan tərəfdaşlıq münasibətləri ən mürəkkəb məsələləri müzakirə etməyə imkan verir.

D.Peskov deyib ki, iki ölkə arasında çoxşaxəli münasibətlər var: “Buraya hansı məsələlər daxil olduğunu özünüz bilirsiniz. Bizim ənənəvi ikitərəfli münasibətlərimiz olduqca çoxcəhətlidir, ölkələrimizin xalqları isə həqiqətən qardaş xalqlardır. Bizi birləşdirən ortaq tariximiz var və şübhə etmirik ki, bundan sonrakı tariximiz də ortaq olacaq”.

Report