XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 October 2018 - 18:52

“Rusiya və Gürcüstan prezidentləri gec-tez görüşəcək” –Zurab Abaşidzedən gözlənilməz bəyanat

“Rusiya və Gürcüstan prezidentlərinin görüşü gec-tez günün tələbinə çevriləcək və bu görüş baş tutacaq”.

Bu sözləri Gürcüstanın Baş nazirinin Rusiya Federasiyası ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze söyləyib.

Z.Abaşidze deyib ki, Rusiya və Gürcüstan dövlətlərinin başçılarının görüşünə ciddi hazırlaşmaq, görüşün bütün detallarını diqqətlə hazırlamaq lazımdır.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin də prezidentlərin görüşünün baş tutacağını istisna etməyib. O bildirib ki, rəsmi Moskva dövlət başçılarının görüşü barədə ideyanı dəstəkləyir.

Qeyd edək ki, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələr kəsilib. Yalnız 2012-ci ildə iki ölkə arasında münasibətlərin normallaşması üzrə Rusiya xarici işlər nazirinin müavini və Gürcüstan Baş nazirinin xüsusi nümayəndəsi formatı yaranıb. Bu, tərəflər arasında yeganə birbaşa danışıqlar formatıdır. Bu cür görüşlərdə tərəflər Rusiya ilə Gürcüstan arasında əlaqələrin bərpası yollarını müzakirə ediblər. Lakin 10 ildir ki, iki ölkə arasında diplomatik əlaqələrin bərpası istiqamətində bu format hələlik heç bir nəticə verməyib/Azərtac.