XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 October 2018 - 19:22

Putinin qonşusu necə milyonçu olub? –“Rosselxozbank” sədrinin elit mənzilləri, yaxtası, şirkətləıri var

“Rosselxozbank”ın sədri Boris Listovun ailəsinin Monakoda 2 mənzili, yaxtası, həminin Moskvada 4 elit mənzili var.

“Proyekt” nəşrinin araşdırmasına görə, Listov 1990-cı illərdə prezident Vladimir Putinin qonşusu olub. Mənbə yazır ki, o bu yay milyarder Arkadi Rotenberqin iştirakı ilə “Rosselxozbank”ın sədri təyin edilib. Kütləvi informasiya vasitələri Rotenberqin Putinin dostu olduğunu yazırlar.

Məlumata görə Maltada Listovun həyat yoldaşının adına milyonyarım avroluq kapitalı olan şirkət qeydiyyatdan keçirilib. Araşdırmaya əsasən Monakodakı mənzillər və yaxtanın qiyməti ümumilikdə Listovun 17 illik maaşına bərabərdir.

“Rosselxozbank”ın mətbuat xidməti məlumatı şərh etməkdən imtina edib.

Vladimir Putinin mətbuat katibi Dimitri Peskov, Listovun özü və həyat yoldaşı da məsələni şərh etmək idtəməyiblər.

(Azadlıq radiosu)