XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2018 - 00:46

Putin bakılıya yüksək vəzifə təklifi etdi –Sankt-Peterburqun yeni qubernatoru kim olacaq? + FOTO

Rusiya Prezidenti Vladimir Putin Prezidentin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəsi Aleksandr Beqlova Sankt-Peterburqun qubernatoru vəzifəsini yerinə yetirməyi təklif edib.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, Sankt-Peterburqun vəzifəsindən istefa vermiş qubernatoru Georgi Poltavçenko Birləşmiş Gəmi Təmiri Korporasiyasına rəhbərlik edəcək.

Qeyd edək ki, Georgi Poltavçenko Bakıda anadan olub. O, 2011-ci ildən Rusiyanın Şimal paytaxtının qubernatoru vəzifəsində çalışırdı.

Aleksandr Beqlov da Bakıda doğulub. O, Sankt-Peterburqun vitse-qubernatoru, Rusiya Prezidentinin köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini və bir sıra digər məsul vəzifələrdə çalışıb.