XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2018 - 10:23

PKK türk hərbçilərinə “tələ” qurdu –7 əsgər şəhid oldu, 3 ağır yaralı var

PKK terrorçuları Türkiyədə daha bir terror törədib.

Strateq.az Türkiyə mətbuatına istindadən bildirir ki, Batman vilayətində reyd keçirən hərbçilərin  hərəkətdə olan maşınları yola basdırılmış uzaqdan idarə olunan mina ilə partladılıb.

Məlumata görə, hadisə yerində 4 əsgər şəhid olub, 5-i isə yaralanıb: “Xəstəxanaya çatdırılan 5 yaralıdan isə 3-ü  həkimlərin səylərinə baxmayaraq, orada dünyalarını dəyişiblər”.

Məlumata görə, hazırda Türkiyə təhlükəsizlik qüvvələri bölgədə geniş çaplı əməliyyata aparır.