XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2018 - 14:24

Paşinyandan daha bir radikal qərar –6 qubernator istefaya göndərildi

Ermənistan hökuməti “Tsarukyan” bloku və Daşnaksütyun Partiyasından olan 6 qubernatoru istefaya göndərib.

Qərar hökumətin oktyabrın 4-də keçirilən iclasında elan edilib.

Qeyd edək ki, oktyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin binası qarşısında keçirdiyi mitinqdə Qaqik Tsarukyanın Çiçəklənən Ermənistan Partiyası və Daşnaksütyun Partiyasından olan nazir və qubernatorların istefaya göndəriləcəyini bildirmişdi.

Oktyabrın 3-də Ermənistan parlamenti bu ilin dekabrında növbədənkənar seçkilərin keçirilməsinə razılıq verməyib. Bu təklifi Baş nazir Nikol Paşinyan oktyabrın 2-də keçirilən mitinqdə irəli sürmüşdü.

Nikol Paşinyan nazirlərə fəaliyyətinə görə təşəkkür edərək qərarın siyasi xarakter daşıdığını da vurğulayıb.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan Daşnaksütyun və Çiçəklənən Ermənistan partiyalarını təmsil edən 6 nazirin tutduqları vəzifədən azad edilmələri barədə sərəncam imzalayıb. Prezidentin fərmanı ilə nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclərlə iş üzrə nazir Levon Vaqradyan, fövqəladə hallar naziri Qraçya Rostomyan, enerji infrastrukturları və təbii ehtiyatlar naziri Artur Qriqoryan, iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan və kənd təsərrüfatı naziri Artur Xaçatryan vəzifələrindən azad olunublar.

Qeyd edək ki, “Tsarukyan” bloku və Daşnaksütyun Partiyası aprel və may aksiyalarında Nikol Paşinyanı dəstəkləmişdi.