XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2018 - 17:33

Ərdoğan qisas vəd etdi:"Şəhidlərimizin, qazilərimizin qanını yerdə qoymayacağıq”

“Şəhidlərimizin, qazilərimizin qanını yerdə qoymayacağıq”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu gün Batmanda şəhid olan 7 hərbçimizi mütləq anmalıyam. Bu hadisələr düşmənə nifrətimizi daha da artırır. Terrora qarşı mübarizəmizi güclü şəkildə davam etdirəcəyik”, – deyə o, vurğulayıb.

Qeyd edək ki, oktyabrın 4-də Batmanda Piyadaların Döyüş Maşının terrorçu PKK-nın yola düzdüyü minaya düşməsi nəticəsində 7 hərbçi şəhid olub, 2-si yaralanıb/Report.