XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

04 Oktyabr 2018 - 20:27

Xidməti və mülki silahlardan istifadə haqqında qanun dəyişdi –Prezidentdən fərman

Bu gün Prezident İlham Əliyev “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə fərman verib.

Strateq.az xəbər verir ki, fərmana əsasən, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 489; 2004, № 8, maddə 616; 2005, № 1, maddələr 15, 19; 2006, № 9, maddə 743; 2008, № 7, maddələr 612, 619, № 8, maddə 719; 2009, № 4, maddə 226; 2014, № 10, maddə 1213; 2015, № 9, maddə 977; 2016, № 1, maddə 44; 2017, № 3, maddələr 358, 381; 2018, № 6, maddə 1220) aşağıdakı dəyişikliklər edilib:

1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın 16-cı hissəsinə “Fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilsin və həmin hissədə “Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən” sözləri “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Silahın geri alınması Qaydaları”nın 13-cü hissəsində “Müstəsna hallarda fövqəladə” sözləri “Fövqəladə və ya hərbi” sözləri ilə, “Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən” sözləri “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq,” sözləri ilə əvəz edilsin.