Rusiyanın TASS agentliyi Sevgililər Günü ilə bağlı dünya liderləri və onların həyat yoldaşlarının fotolarını, onlar haqda məlumatları dərc edib.
Strateq.az həmin foto və məlumatları təqdim edir:
ABŞ prezidenti Barak Obama və xanımı Mişel – 1992-ci ildə evləniblər. İki qizları var – Malia (1998), Saşa (2001).
Çin prezidenti Si Tszinpin və müğənni xanımı Pen Liyuan.
Britaniya baş naziri Devid Kameron və xanımı Samanta Şeffild. Cütlüyün bu nikahdan 4 övladı olub. İlk övladları 7 yaşında serebral iflicdən dünyasını dəyişib.
İtaliyanın baş naziri Matteo Rentsi 99-cu ildə Aneze Landini ilə ailə qurub. Cütlüyün bu nikahdan 3 övladı var – 2 oğlan, 1 qız.
Şimali Koreya lideri Kim Çen və xanımı Lo Sol. Onların bu nikahdan Çu İ adlı qızları var.
Serbiya prezidenti Tomislav Nikoliç və xanımı Draqitsa. Cütlüyün bu nikahdan 2 oğlan övladı var.
Venesuela prezidenti Nikolas Madura və xanımı Siliya Flores.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili və xanımı rəssam, aktrisa Make Çuçia. Cütlük 2014-cü ildə evlənib. Onların hər birinin əvvəlki nikahdan 1 qız övladı var.
Cənubi Afrika prezidenti Cekob Zuma və xanımı Nqema Zuma. Prezidentin Nqemadan başqa daha 3 xanımı var.
Almaniya kansleri Angela Merkel və həyat yoldaşı Yoaxim Zauer. Zauer kimya professorudur. Onun əvvəlki nikahdan 2 oğlu var. Merkelin isə nə Zauerdən, nə də əvvəlki həyat yoldaşından övladı var.
Rusiya baş naziri Dmitri Medvedev və xanımı Svetlana. 1989-cu ildə ailə quran cütlüyün İlya adlı (1995) oğlanları var.
Yunanıstanın baş naziri Aleksis Tsipras və vətəndaş nikahında olduğu xanımı Peristera Baziana.