XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 October 2018 - 11:36

“Helikopter qəzası sui-qəsddir” –İngilis nəşrindən sensasion iddia

“Daily Mail” nəşri (İngiltərə) iddia edib ki, Rusiyanın Kostroma vilayətində helikopterin qəzaya uğraması sui-qəsd nəticəsidir.

Strateq.az xəbər verir ki, sözügedən nəşr qəzada ölənlərdən birinin – Rusiya baş prokurorunun müavini Saak Karapetyanın Skripal işi ilə bağlı Qərbə məxfi informasiya ötürməsini qeyd edir.

Keçmiş deputat və Putinin yaxın çevrəsinin üzvü sayılan Karapetyan Rusiya Baş Prokurorluğunda Sergey Skripal və qızı Yuliyanın zəhərlənmə faktı üzrə işə nəzarət edib.

S.Karapetyan, həmçinin Boris Berezovski və dissident Aleksandr Litvinenkonun işləri üzrə də məsul olub.