XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

05 Oktyabr 2018 - 14:14

Fransa prezidenti Azərbaycana səfər edəcək –Gələn həftə

 

Fransa Prezidenti Emanuel Makronun gələn həftə Azərbaycana səfəri nəzərdə tutulub.

“Report” “La Tribune” nəşrinə istinadən xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycana gözətçi katerlərin tədarükü barədə Fransanın “Naval Group” şirkəti ilə gözlənilən müqaviləyə dair danışıqlar aparılacaq. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri də müzakirə olunacaq.

Prezident Emanuel Makronun oktyabrın 11-12-də Yerevanda keçiriləcək Frankofoniya zirvə görüşündə iştirak etmək üçün Ermənistana gedəcəyi də gözlənilir.