XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

14 Fevral 2016 - 17:12

PYD rəsmi Ankaranın tələbini rədd etdi,Türkiyə yenidən vurmağa başladı

tank-atesiTürkiyə Silahlı Qüvvələri (TSK) növbəti dəfə PYD/PKK terror təşkilatının Suriyanın Hələb şəhərinin Azez qəsəbəsindəki mövqelərinə artilleriya zərbələri endirib.

Bu barədə Türkiyənin rəsmi Anadolu Agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ərazidə atəş səsləri eşidilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri dünən də PYD qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə artilleriya zərbələri endirib.

Eyni zamanda Türkiyənin baş naziri Əhməd Davudoğlu bir neçə tələb səsləndirib.  Onun sözlərinə görə, YPG dərhal Azez qəsəbəsinin ətrafını tərk etməli və bura bir daha yaxınlaşmamalıdır: “Onlar, həmçinin, humanitar dəhlizi açmalı və bir daha ora yaxınlaşmamalı, “Minnak” aeroportundan Türkiyə və Suriya müxalifətinə qarşı istifadə etməməlidirlər. Bu aeroport dərhal azad edilməlidir”.

Bu gün isə terror qruplaşmasının siyasi qanadı olan PYD-nin həmsədri Salih Müslim rəsmi Ankaranın tələblərini rədd etdiklərini açıqlayıb.

“Reuters”in xəbərinə görə, Müslim “suriyalıların Türkiyənin müdaxiləsinə qarşı dirənəcəklərini” bildirib.

APA