XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

05 Oktyabr 2018 - 19:18

ABŞ-ın Azərbaycana göndərmək istədiyi diplomat danışdı:"Aramızdakı münasibətlər bölgə üçün əhəmiyyətlidir"

ABŞ Senatının Xarici işlər komitəsi, Örl Litsenbergerin Azərbaycana səfir vəzifəsinə namizədliyini müzakirə edib. Müzakirə zamanı diplomat bu vəzifəyə layiq görüləcəyi təqdirdə, ABŞ-ın Azərbaycandakı mənafeləri üçün səylə çalışacağını bildirib.

“Həm İranla, həm də Rusiya ilə həmsərhəd ölkə olan Azərbaycan ABŞ üçün mühüm tərəfdaşdır. Aramızdakı münasibətlər nəinki ölkələrimiz, bütövlükdə bölgə üçün də əhəmiyyətlidir”, -Litsenberger qeyd edib.

O, Azərbaycanın beynəlxalq təhlükəsizlik sahəsində də uzun müddətdir etibarlı tərəfdaş olduğunu bildirib: “11 sentyabrdan sonra Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyev terrorçuluqla mübarizəyə dəstəyini və yaxından əməkdaşlığı ilk təklif edənlərdən olub.

Namizəd Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhyaratma missiyasına da töhfəsini yüksək qiymətləndirib.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Ö.Litsenberger qeyd edib ki, Minsk qrupunun həmsədri kimi ABŞ BMT Nizamnaməsində, Helsinki Yekun Aktındakı prinsiplər əsasında sülh yolu ilə uzunmüddətli razılaşma əldə etmələri üçün tərəflərlə bundan sonra da çalışmağa hazırdır: “Namizədliyim təsdiqlənərsə, hökumətin bu məqsədə sədaqətini lazımınca dəstəkləyəcəyəm”.

Ötən ay ABŞ Prezidenti Donald Tramp tərəfindən namizədliyi irəli sürülmüş Ö.Litsenberger Senat tərəfindən təsdiqlənəcəyi təqdirdə, Azərbaycandakı səfir vəzifəsinin icrasına başlaya biləcək.

Azadlıq Radiosu