XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

25 Aprel 2015 - 09:57

Bu ölkələrə getməyə Azərbaycandan viza tələb olunmur: Otur, get! – SİYAHI

turizm.jpg

Əgər yay üşün turist gəzintisi ilə bağlı plan cızırsınızsa, o zaman bu faktlar sizin üçün maraqlı olacaq. Sizə təqdim etdiyimiz siyahıda olan ölkələrə getmək üçün xüsusi viza almağa ehtiyac yoxdur.

Strateq.az Azərbaycan vətəndaşlarına viza tətbiq edilməyən ölkələrin siyahısını təqdim edir:

Avropa:

Albaniya,

Belarus,

Gürcüstan,

Moldova,

Monteneqro,

Rusiya,

Ukrayna – 90 gün viza tələb edilmir

Asiya:

İran – 14 gün

Qazaxıstan – 30 gün
özbəkistan – 90 gün
Qırğızıstan – 90 gün
Tacikistan – 90 gün

Banqladeş- 30 gün ( viza girişdə verilir)
Kamboca- 30 gün ( viza girişdə verilir)
Laos- 15 gün ( viza girişdə verilir)

Makao – 30 gün ( viza girişdə verilir)
Livan – 30 gün ( müəyyən şərtlərlə)
Malayziya – 30 gün

Maldiv adaları – 30 gün
Nepal – 15, 30 və 90 gün (viza girişdə verilir)
Şərqi Timor- 30 gün (viza girişdə verilir)

Suriya – 15 günlük viza girişdə verilir (vizasız gediş sistemi qadın müğənnələri xaric edir, onlar ölkəyə gəlməzdən əvvəl Suriya İmmiqrasiya Baş Ofisindən xüsusi icazə almalıdırlar)
çin – Əgər Azərbaycan vədandaşları həm Azərbaycanda, həm də çin Xalq Respublikasında rəsmi şəkildə qəbul edilən turizm agentliyi tərəfindən təşkil edilən tur ilə səyahət edilərsə, onda çin Xalq Respublikası 30 günə qədər viza tələb etmir.

Afrika:

Burundi- – 30 gün (viza girişdə verilir)
Kabo-Verde- (viza girişdə verilir)
Komor adaları- (viza girişdə verilir)

Cibuti- 30 gün (viza girişdə verilir)
Misir- Əgər 10 nəfərlik turist səfəri ilə səyahət edilirsə və qayıdış bileti, yer sifarişi olunmuş mehmanxananın məlumat vərəqəsi və turizm agentliyi tərəfindən imzalanmış zəmanət məktubu təqdim edilərsə, onda Misir üçün vizaya ehtiyac yoxdur.
Qvineya-Bisau- 90 gün (viza girişdə verilir)

Madaqaskar- 90 gün (viza girişdə verilir)
Mavritaniya- (viza girişdə verilir)
Mavriki- 60 gün (viza girişdə verilir)

Mozambik- 30 gün (viza girişdə verilir)
Namibiya- 90 gün
Seyşel adaları- 30 gün (viza girişdə verilir)

Somali- 30 gün (sponsor tərəfindən verilen çağırılış məktubu ölkəyə gelməzdən 2 gün əvvəl Aeroport İmmiqrasiya Departamentinə göndərilməlidir.
Tanzaniya- 30 gün (viza girişdə verilir)
Toqo- 7 gün (əgər gediş/qayıdış bileti və 3 pasport şəkli təqdim edilərsə viza girişdə verilir).

Tunis- Viza tələb edilir (əgər turizm agentliyi tərəfindən təşkil olunmuş səyahətdə səfər edilərsə və yer sifarişi olunmuş mehmanxananın məlumat vərəqəsi təqdim olunarsa, onda Tunis üçün 30 günə qədər vizaya ehtiyac yoxdur)

Uqanda – viza girişdə verilir

Amerika:

Antiqua və Barbuda- 30 günə qədər viza tələb edilmir
Baham adaları- 3 aya qədər…
Barbados- 28 günə qədər…

Kuba – 30 gün (viza girişdə verilir)
Dominika – 21 günə qədər…
Haiti – 3 aya qədər…

Nikaraqua – 90 gün (viza girişdə verilir)
Sent-Vinsent və Qrenadina- 30 günə qədər…
Boliviya- – 90 gün (viza girişdə verilir)

Kolumbiya – 180 günə qədər…
Ekvador – 90 günə qədər…

Okeaniya:

Kuk adaları- 31 günə qədər
Mikroneziya- 30 günə qədər
Niue- 30 günə qədər ( Viza girişdə verilir)

Samoa – 30 günə qədər
Tonqa – 31 günə qədər ( Viza girişdə verilir)
Tuvalu – 30 günə qədər (Əgər qayıdış bileti təqdim edilərsə)

X.SƏFƏRLİ