XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2018 - 11:23

Abid Şərifov daha bir vəzifəsini itirdi, Hacıbala Abutalıbov komissiya sədri oldu –Nazirlər Kabinetində dəyişiklik

Nazirlər Kabineti 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişikliklər edib.

Strateq.az Nazirlər Kabinetinə istinadən bildirir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar verib.

Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nın “Komissiyanın sədri” bölməsində “Abid Şərifov” sözləri “Hacıbala Abutalıbov” sözləri ilə və “Komissiyanın üzvləri” bölməsində “Ceyhun Bayramov” sözləri “Firudin Qurbanov” sözləri ilə əvəz edilib.