XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

06 Oktyabr 2018 - 16:34

İnquşetiyada etirazlar davam edir –Minlərlə insan gecəni meydanda keçirib (Foto, video)

İnquşetiyada Çeçenistanla torpaq mübadiləsinə etirazlar davam edir. Oktyabrın 4-dən başlayan etirazlara səbəb, İnquşetiya prezidenti Yunusbek Evkurovla Çeçenistan lideri Ramzan Kadırovun sentyabrın sonunda imzaladıqları sərhəd razılaşması olub.

İnquşetiya parlamenti oktyabrın 4-də bu razılaşmanı təsdiqləsə də sakinlər bunun məxfi şəkildə edildiyini deyərək paytaxtdakı mərkəzi meydana çıxıblar.

“İnquşetiyanın ərazisi Kadyrov və Çeçenistanın xeyrinə qanunsuz olaraq qopardılıb. Mən burda heç bir çeçeni günahlandırmıram, Çeçenistan və bizim rəhbərliyi günahlandırıram” – İnquşetiya sakini Sulbanbek Beştoev deyir.

Reuters xəbər verir ki, etiraz aksiyası oktyabrın 6-da da davam etdirilir. Yerli fəalların sözlərinə görə, 3-4 min adam gecəni mərkəzi meydanda keçirib. Bəzi məlumatlara görə isə meydanqa gecələyənlərin sayı 350-dən 1000 nəfərədək olub.

Aksiyaçılardan biri Xadi Matieva “Reuters”ə deyib ki, başa düşürük sərhəd müəyyən edilməlidir. Amma bu hər iki tərəfin istəyi, tarixə baxış və Rusiya qanunları əsasında müəyyən edilməlidi.

İnquşetiya Milli Konqresi İcra Komitəsinin sədri Daud Garakoevsə Respublikada torpaq qıtlığı olduğunu deyir.

“Biz Rusiyanın 85 regionu arasında ən sıx məskunlaşmış respublikayıq. Bizdə hər kv m-ə 142 nəfər düşür.Biz öz torpağımızı paylaya, itirə bilmərik”.

Mitinq iştirakçıları Rusiya prezidentinin Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəsi ilə görüşə nümayəndə heyəti göndərmək və respublika başçısı Evkurovsuz danışıqlar aparılmasını istəyirlər.

Polis mitinqin keçirildiyi ərazini nəzarətə götürüb. Təşkilatçıların sözlərinə görə, güc qrumlarının əməkdaşları razılaşmaya əsasən bazar ertəsinədək mitinqə müdaxilə etməyəcəklər.

(Azadlıq radiosu)