XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

06 Oktyabr 2018 - 16:40

Milyarder siyasətçi Paşinyana qarşı ittifaq qurur –Müxalifətin və iqtidarın tanınmış simaları ilə danışıqlar gedir

“Çiçəklənən Ermənistan” partiyasının lideri, erməni oliqarx və milyonçu, Serj Sarkisyanın istefasından sonra baş nazir olmaq barədə Moskvanın təklifindən imtina edən Qaqik Çarukyan növbədənkənar seçkilərdə geniş tərkibli blokla iştirak üçün parlamentdənkənar siyasi qüvvələrlə intensiv danışıqlar aparacaq.

Bu barədə “Jamanak” qəzeti məlumat yayıb.

Bildirilir ki, Çarukyan bu qüvvələri onunla birgə növbədənkənar seçkiyə getməyə razı salmağa çalışacaq: “Çarukyanın özünə müttəfiq kimi baxdığı qüvvələr arasında İrs Partiyası, Erməni Milli Konqresi Partiyası, Erməni Ümummilli Konqresi, Andrias Qukasyan, Samvel Babayan, keçmiş müdafiə naziri Seyran Ohanyan və başqaları kimi tanınmışlar olacaq. Çarukyan həmçinin “Sasna Tsrer” Partiyasının əməkdaşlıqla bağlı təklifini də nəzərdən keçirməyi planlaşdırır. Çünki həmin qruplaşmanın bir çox üzvləri həbsdən məhz “Çarukyan bloku” və şəxsən Qaqik Çarukyanın verdiyi zəmanət nəticəsində azad olunublar”.

“Jamanak” onu da yazır ki, Çarukyan Robert Koçaryanın bir nömrəli biznes ortağıdır, ancaq siyasi meydanda da onunla birləşib- birləşməyəcəyi hələ bilinmir. Lakin istənilən halda, hakimiyyətə gələrkən baş nazir Nikol Paşinyana dəstək verən “Çiçəklənən Ermənistan”ın indi ona qarşı olduğu artıq faktdır.