XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 October 2018 - 00:02

Ərdoğandan bəyanat:"Türkiyə kiminsə qarşısında baş əyməyəcək”

“Türkiyə kiminsə qarşısında baş əyməyəcək”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim partiyanın tədbirində çıxış edərkən deyib.

O bildirib ki, Türkiyə öz xalqını təmənna güdənlərlə üz-üzə buraxmayacaq.

Ərdoğan qeyd edib ki, istənilən böhran çoxlu sayda imkan açır: “Valyuta məzənnələrinin qəflət artımını yalnız iqtisadi amillərlə izah etmək mümkün deyil. Bunu deyərkən, məsuliyyətdən boyun qaçırmırıq, sadəcə faktları sadalayırıq”.

Türkiyənin öz borclarına məsuliyyətlə yanaşdığını deyən Ərdoğan bu amildən Ankaraya təzyiq vasitəsi kimi istifadə etməməyə çağırıb. O qeyd edib ki, heç kim yenidən Türkiyəni beynəlxalq təşkilatlardan asılı vəziyyətə sala bilməz./Virtualaz.org