Ötən ay Soçidə Ərdoğanla Putinin razılaşmasına uyğun olaraq, dünəndən Suriya müxalifəti ağır silahlarını İdlibin təmas nöqtələrindən 20 km geri çəkməyə başlayıblar.
Strateq.az xəbər verir ki, bununla da Türkiyə və Rusiya əsgərlərinin 20 km-lik hərbisizləşdirilmiş sərhəd mühafizə xəttində birgə reydi üçün ilk addım atılıb.
Məlumata görə, müxalif silahlılar İdlibdəki razılaşmaya uyğun olaraq, digər nöqtələrdən də ağır silahlarını geri çəkəcək.