XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

14 Fevral 2016 - 18:51

Britaniya XİN: “Putin Suriyadakı müharibəni bir telefon zəngi ilə bitirə bilər”

hammond

“Putin Suriyadakı müharibəni bir telefon zəngi ilə bitirə bilər”. Bu barədə BBC-yə müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib. 

Onun sözlərinə görə,  Suriya prezidenti Bəşər Əsəd yalnız Rusiyanın dəstəyi ilə hakimiyyətdə qala bilir: “Planetdə yalnız bir nəfər var ki, təkcə bir telefon zəngi ilə Suriyada vətəndaş müharibəsinə son qoya bilər. Bu prezident Putindir.  Bəşər Əsəd prezident postundan gedəcək, yoxsa qalacaq? Bu son nəticədə Rusiyanın onu kənarlaşdırmaq üçün öz təsirindən istifadə edib-etməyəcəyindən asılıdır.

Britaniya XİN başçısı eyni zamanda Rusiyanı BMT-nin qətnamələri və beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə çağırıb.  O qeyd edib ki, vaxtı ilə  Suriyanın ən böyük meqapolisi olan Aleppo şəhəri ilə bağlı yaranmış vəziyyət narahatlıq doğurur: “Ruslar “xalça bombardımanı” taktikasından, müxalif qüvvələrin nəzarətində olan  dinc sakinlərin yaşadığı rayonlara zərbələr istifadə edirlər”.

Hammond Rusiyanın hava zərbələrinin müxalifəti zəiflətdiyini də bildirib.  Onun fikirincə,  buna baxmayaraq Bəşər Əsəd ordusu müxalifətçilərin boşaltdığı əraziləri ələ keçirə bilməyəcəklər:  “Suriya rejiminin bu rayonlara nəzarəti təmin etmək üçün gücü və təsisatları yoxdur. Ruslar aviasiyadan istifadə edirlər. Onlar müxalifəti geri çəkilməyə məcbur edə bilərlər. Amma rejim bu ərazilərə nəzarət edə bilmək imkanları nümayiş etdirməyib. Hazırkı vəziyyət dalanı xatırladır”.

Strateq.az