XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

07 Oktyabr 2018 - 12:49

UFC rəhbərindən Nurməhəmmədovun hərəkətinə sərt reaksiya:"O, titulundan məhrum edilə bilər"

Qaydasız Döyüş Çempionatının (UFC) prezidenti Deyna Uayt irlandiyalı boksçu Konor Makqreqoru məğlub edən dağıstanlı samboçu Həbib Nurməhəmmədovun döyüşdən sonra baş verən insidentə görə titulunun əlindən alınacağını istisna etməyib.

“RİA Novosti” xəbər verir ki, UFC rəhbəri məhz görüşdən sonra yaşananlara görə Nevada ştatının komissiyasının qərarına əsasən, Həbib Nurməhhəmmədova qonarar ödənmədiyini də söyləyib.

Onun sözlərinə görə, dağıstanlı samboçu çempionluq kəmərindən məhrum edilə bilər: “100 faiz deyə bilmərəm ki, bu, belə olacaq. Biz Nevada ştatının idman komissiyasına tabeyik və o dəqiqdir ki, bu insidentə görə sərt qərar veriləcək. Həbib mənə görə yox, özünə görə narahat olmalıdır. Bu gün qubernator zalı tələsik tərk etdi, bu, onu göstərir ki, Həbib problemlə üzləşəcək”.

Qeyd edək ki, Həbib Nurməhəmmədov əlbəyaxa davaya görə üzr istəyib/Teleqraf.com.