XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 October 2018 - 13:10

ABŞ-ın qırıcı təyyarələri Ukraynaya girdi –Qərb ölkələri birgə hərbi təlimə start verdi

ABŞ Hava Qüvvələrinin hərbi qırıcı təyyarələri Ukrayna ərazisinə enib.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, təyyarələr Ukraynada oktyabrın 8-19-da keçiriləcək “Açıq səma-2018” genişmiqyaslı hərbi təlimlərində iştirak edəcək.

Hərbi təlimlərdə Rumıniya, Polşa, Belçika, Danimarka, Böyük Britaniya, Niderland, Yunanıstan ə Estoniyanın hərbi hava qüvvələri iştirak edəcək. Ümumilikdə, hərbi təlimlərə 40-dan çox təyyarə, uçuş aparatları, onlarla zenit-raket kompleksi və hərbi-texniki vasitələr cəlb olunub.

Təkcə Ukrayna tərəfinin 20-yə yaxın müxtəlif tipli təyyarə, helikopter və dronları hərbi təlimlərdə iştirak edəcək.