XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

07 Oktyabr 2018 - 14:04

İranda şiddətli yağış fəlakətə səbəb oldu –Ölənlər var/ VİDEO

İranın şimalındakı Mazandaran əyalətində yağan şiddətli yağışlar nəticəsində yaranan sel daha 2 nəfərin həyatına son qoyub.

Axar.az xəbər verir ki, bu barədə əyalətin təcili tibbi yardım mərkəzi məlumat yayıb.

Yerli mətbuat yazır ki, təbii fəlakət nəticəsində elektrik dirəkləri aşıb və əyalətin kəndlərinə elektrik enerjisinin verilməsi, telefon rabitəsi kəsilib, məktəblər bağlanıb. Sel nəticəsində yolların və körpülərin sıradan çıxması kəndlərdəki insanlara yardım göstərməyi çətinləşdirib. Hadisə yerində çalışan müvafiq strukturların əməkdaşları insanları təxliyə edirlər.

***

İranın Mazandaran əyalətində yaranan sel nəticəsində ölənlərin sayı 7-yə çatıb.

Bu barədə İranın Press TV kanalı məlumat verib.