XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 October 2018 - 22:01

“Həbsxanalar dolub deyə əfv imzalaya bilmərik” –Ərdoğan MHP-nin təklifini rədd etdi

“Əfvlə bağlı təklif irəli sürənlər bundan nə dərəcədə siyasi üstünlük əldə edəcəklərini düşünürlər”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP-nin əfv müraciəti ilə bağlı açıqlamasında deyib.

“Dostlar, biz belə düşünə bilmərik. Daha əvvəlki əfv sərəncamlarında baş verənləri gördük. Başda ədliyyə naziri olmaqla biz təlimatımızı verdik. Həbsxanalar dolub deyə əfv imzalaya bilmərik”, – deyə dövlət başçısı bildirib/Axar.az.