XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

15 Fevral 2016 - 00:52

“İcra başçısı bu rayon üçün daha böyük təhlükədir” –Deputatdan sərt ittihamlar

musteqim-memmedov-icra-terter"Bu gün Tərtərə dostum Zülfüqar bəyin qızının vəfatı ilə əlaqədar ailəsinə baş çəkməyə getmişdim. Şəhərin içindəki mərkəzi küçələrin vəziyyəti məni dəhşətə gətirdi. Ötən il də eyni mənzərə idi. Hər yer qazıq-qazıq, yağış yağanda camaat nə zülüm çəkir, təsəvvür etmək mümkündür".

Strateq.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa özünün Feysbuk-dakı səhifəsində yazıb.

Millət vəkili qeyd edib ki, ötən dəfə Avropa Şurasında ermənilərin Sərsəng su anbarı vasitəsi ilə törədə biləcəyi ekoloji təhlükə ilə bağlı ciddi bir sənəd qəbul ediblər:

"Bu gün Tərtərdə olanda əmin oldum ki, Sərsəng su anbarından daha böyük təhlükə bu rayonun icra başçısıdır. Şəhər əməlli-başlı xarabazara çevrilib və bu səviyyədə biganəliyi heç bir rayonda müşahidə etmədim. Xüsusilə də sərhəddə yerləşən və ermənilərə sona qədər dirəniş göstərən, bu gün də bütün sıxıntılara rağmən, doğma ocağında yaşamağa davam edən bu fədakar Tərtər camaatının, ümumiyyətlə, icra başçısı sarıdan bəxti heç gətirməyib".

Deputat bildirib ki, hazırkı icra başçısı pis əməlləri ilə özündən əvvəlki icra başçısına rəhmət oxutdurur:

"Məncə, ermənilərlə təmas xəttində olan rayonlarımızda icra başçısının doğru seçilməsi, bu bölgələrimizin həm də təhlükəsizliyinin təminatıdır".

Xatırladaq ki, Tərtərin icra başçısı Müstəqim Məmmədovdur. O, 7 may 2014-cü ildə Tərtərin icra başçısı təyin edilib. Onun barəsində mətbuatda çoxsaylı tənqidi materiallar dərc olunub…

Strateq.az