XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 October 2018 - 13:33

“Trampın Twitter-dəki çılğın paylaşımları neft bazarına qarışıqlıq salır” –Rus nazirdən etiraz

“ABŞ Prezidenti Donald Trampın Twitter-dəki çılğın paylaşımları dünya neft bazarına qatmaqarışıqlıq salır”.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak deyib.

Onun fikrincə, neftin qiymətinin artması məhz bununla bağlıdır: “ABŞ rəhbərliyi tərəfindən bütün bu duyğu qabarmaları, mülahizələr, paylaşımlar bazarı qarışdırır. Bazar nə edəcəklərini, bundan sonra nələr olacağını başa düşmür. Məsələn, bu gün bazar qiymətləri bir qədər yuxarıdır, həmin o duyğulu paylaşımlar olmasaydı, məncə bundan aşağı olardı”.

Report