Bu ilin dekabrında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə qərar parlamentin oktyabrın 9-da baş tutan iclasında qəbul edilib.
Qanunverici orqanın 55 deputatı qərarın lehinə səs verib.
Parlament iki həftə ərzində yeni baş nazir seçməməsi şərti ilə Nikol Paşinyan istefaya getməlidir.
Xatırladaq ki, Baş nazir Paşinyan israrla növbədənkənar seçkinin keçiriləməsini istəsə də, müxalif deputatlar bu “hə” demirdi.