ABŞ prezidenti Donald Tramp Türkiyədə itkin düşən Səudiyyə Ərəbistanından olan jurnalist Camal Kaşıkçı ilə bağlı açıqlama verib.
Tramp jurnalistin itkin düşməsilə bağlı səudiyyəli rəsmilərilə danışacağını bildirib: “Camal Kaşıkçının itkin düşməsilə bağlı heç nə bilmirəm. Onun durumu ilə bağlı Səudiyyə rəsmiləri ilə danışacam”.
Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Vaşhinqton Post” yazarı Camal Qaşıqçı oktyabrın 2-də rəsmi prosedurlarla əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedib və bir daha ondan xəbər almaq mümkün olmayıb.
Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxması iki ölkə arasında münasibətləri gərginləşdirib/Teleqraf.com.