XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

15 Fevral 2016 - 10:39

“Əslində, Mərkəzi Bankın bu qərarı bir qədər gecikib” –Samir Əliyev

samir eliyev-1"Milli valyutaların devalvasiyasından sonra inflyasiya təzyiqlərini azaltmaq üçün bir qayda olaraq Mərkəzi Banklar uçot dərəcəsini qaldırır. Bu baxımdan Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 3%-dən 5%-ə qaldırması gözlənilən idi".

Strateq.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Samir Əliyev deyib.

O bildirib ki, əslində, Mərkəzi Bankın bu qərarı bir qədər gecikib:

"Çünki MB-nin siyasəti pul kütləsini azaltmaq olub və inflyasiyaya qarşı belə mübarizə aparıb. MB-nin bu addımı inflyasiyanı cilovlamaqdır və manat aktivlərinin gəlirliyini artırmaqdır. Belə ehtimal etmək olar ki, bankları təmin etmək üçün MB yaxın dövrlədə manat kütləsini artırmaq niyyətindədir. Bu addım kreditləri bahalaşdıracaq və iqtisadi aktivliyi məhdudlaşdlracaq.

Görünür, monetar siyasət iqtisadi aktivliyi artırmaqdan çox qiymətlərin artımının qarşısını almaq üzərində qurulub. Bunu manata güvənliyi artırmaq siyasətinin tərkibi hissəsi də adlandırmaq olar".