XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

15 Fevral 2016 - 11:49

Dövlət komitəsində dəyişiklik –Yeni aparat rəhbəri təyin olundu

oqtay-ibarhimov-komiteAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub.

Bu vəzifəyə Oqtay İbrahimov təyin edilib(Report).

Xatırladaq ki, Aparatın sabiq rəhbəri Səfər İmanov keçən ilin noyabrın 1-də öz ərizəsi ilə işdən çıxıb. 

Qeyd edək ki, İbrahimov Oqtay Vahib oğlu 1960-cı ilin iyunun 19-da Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirib. 1990-1993-cü illərdə AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və sektor müdiri vəzifələrində çalışıb. 1993-cü ildə Nazirlər Kabinetinin Ali Attestasiya Komissiyasının qərarı ilə "Baş elmi işçi" fəxri adı ilə təltif edilib. 1999-2000-ci illərdə Konstitusiya Məhkəməsinin İnformasiya təminatı bölməsinin müdiri olub.

20.11.2013 – 2.11.2015 tarxilərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbərinin müavini olub.