XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

10 Oktyabr 2018 - 20:47

Ermənistan XİN-in mətbuat katibi də xanım təyin edildi –Maraqlı paralel

Anna Naqdalyan Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) yeni mətbuat katibi təyin olunub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan XİN-in sabiq mətbuat katibi Tiqran Balayan “Facebook” səhifəsində bəyan edib.

“Sevinc hissi ilə xəbər verirəm ki, Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın əmri ilə Anna Naqdalyan Ermənistan XİN-in mətbuat katibi təyin edilib. Ona uğurlu iş yolu və yalnız yaxşı xəbərlər verməsini arzulayıram” , – deyə Balayan yazıb.

Qeyd edək ki, Ermənistan XİN-in bundan əvvəlki mətbuat katibi Tiqran Balayan Ermənistanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunduğundan onun XİN-dəki postu bir müddət boş qalmışdı.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri vəzifəsinə də yeni təyinat olub. Bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin edilib.

Azərbaycan XİN-in mətbuat xidmətinin əvvəlki başçısı Hikmət Hacıyev isə Azərbaycan Prezidenti Administrasiyası Xarici əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.