ABŞ Prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin gələn ilin əvvəlində Finlandiyada yenidən görüşə bilərlər.
“RİA Novosti” xəbər verir ki, hər iki lider Finlandiyanın sədrlik etdiyi Arktika Şurasının 2019-cu ilin birinci yarısında keçirilməsi nəzərdə tutulan zirvə görüşünə dəvət ediliblər.
Hazırda gürüşün tarixi razılaşdırılır. Mümkün variantlardan biri 14 fevral – Müqəddəs Valentin günü göstərilir.
Qeyd edək ki, Donald Trampla Vladimir Putin arasında sonuncu görüş bu il iyulun 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilib/Report.