XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

11 Oktyabr 2018 - 00:05

ATƏT PA-nın sədrindən Qarabağ açıqlaması:"Hüquq prinsiplərinə sadiqlik kənara qoyulub"

“Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT və beynəlxalq hüquq prinsiplərinin riayət olunmasına sadiqlik kənara qoyulub”.

Bunu ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü zamanı deyib.

Tsereteli davam edən gərginliyin Avrasiya regionunda ölkələr arasında mühüm uyğunsuzluqlara doğru aparmağından təəssüfləndiyini bildirib: “Münaqişələr Avrasiyanın bütün nöqtələrində baş verir, lakin ATƏT və beynəlxalq hüquq prinsiplərinə riayət olunmur. Bu, əvvəlki kimi, potensialımızı tam reallaşdırmağa imkan vermir”.

Trend