“Rusiya Qərbdən sanksiyaların ləğvi üçün heç bir xahiş etməyəcək”.
Strateq.az bildirir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedyev “Taym” jurnalına müsahibəsində bildirib.
“Biz heç nə xahiş etməyəcəyik. Rus yazıcısı Bulqakovun “Master və Marqarita” əsərində Voland deyir ki, “heç vaxt heç nə xahiş etməyin, özləri hər şeyi sizə təklif edəcək və verəcəklər”. Elə biz də sanksiyaların ləğv edilməsini xahiş etməyəcəyik. Özləri gəlib deyəcəklər: “Gəlin ,nəhayət ki, buna son qoyaq. Ona görə ki, bu hamıya ziyandır”” –deyə Medvedyev bildirib.
Baş nazir vurğulayıb ki, Rusiya sanksiyalardan ciddi zərər çəkməyib: “Hardasa bizə xoş olmayan dəqiqələr bəxş etdilər. Amma bunu ciddi adlandırmaq olmaz. İnkişaf edirik, yaşayırıq. Sanksiyalar Rusiya hakimiyyətinin siyasi mövqeyini dəyişməyib. Hakimiyyət xalqın dəstəyini alır. Heç bir ölkədə olmadığı kimi. Ölkəsinə edilən belə təzyiq kimin xoşuna gələr?”, -deyə baş nazir bildirib.
Medvedyev sanksiyalara görə Avropa İttifaqını, ABŞ və Kanadanın məsuliyyət daşıdığını deyib.