XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

14 Oktyabr 2018 - 16:12

Badamdardan son məlumat –Sürüşmə kütləsi avtomobil yoluna doğru hərəkət edir (FOTO)

Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında müşahidələr davam etdirilir. Saat 15:00 -a olan məlumata əsasən, sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi və yaradılmış qərargahın üzvü Teymuraz Ələkbərov məlumat verib.

Mütəxəssis bildirib ki, hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının avtomobil yoluna doğru hərəkəti müşahidə olunur. Eyni zamanda, sürüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarının sürüşməyə tərəf olan hissəsində çatlar və oturmalar qeydə alınıb.